XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



AKAF 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbir keçirib
İdman 11:52 / 04.03.2026
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə avarçəkmə həvəskarları arasında yürüş təşkil edib. 
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, görüşdə tanınmış sosial şəbəkə fenomenləri və teleaparıcılar iştirak ediblər. Əvvəlcə iştirakçılara həvəskarlar üçün nəzərdə tutulmuş qayıqların idarə edilməsi ilə bağlı təlim keçirilib. Daha sonra onlar avarçəkmə idmanında özlərini sınayıblar.  Yürüş əyləncəli və maraqlı anlarla yadda qalıb. 
Daha sonra federasiyanın mətbuat katibi iştirakçıları çay süfrəsi ətrafında 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü, eləcə də Od çərşənbəsi münasibəti ilə təbrik edib. Tədbirin kütləviliyin təmin olunması, yeniyetmə və gənclərin avarçəkmə idman növünə cəlb edilməsi məqsədi daşıdığı vurğulanıb.

86 oxunub

InvestAZ