XƏBƏR LENTİ
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026



Günel Bədəlova: "Ümid edirik ki, idmançılarımız Avropa çempionatında uğurlu nəticələr göstərəcəklər"
İdman 11:13 / 04.03.2026
"Azərbaycan tarixində ilk dəfə olaraq xizək alpinizmi üzrə Avropa çempionatı ölkəmizdə keçirilir".
Olimpiyadunyasi.com xəbər verir ki, bu sözləri Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Avropa Konsulluğunun prezidenti Günel Bədəlova "Şahdağ” Turizm Mərkəzində start götürən xizək alpinizmi üzrə Avropa çempionatı zamanı deyib.
Onun sözlərinə görə, bu nüfuzlu yarışa ev sahibliyi etmək Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır:
"Xizək alpinizmi üzrə yarışların keçirilməsinə 2024-cü ildən başlamışıq. İlk dəfə mart ayında seriya yarışı, ötən ilin yanvarında isə Dünya Kuboku mərhələsini təşkil etdik. Bildiyiniz kimi, Avropa çempionatı Dünya Kuboku ilə birgə keçirilir. Bu gün start götürən Avropa çempionatı dörd gün davam edəcək. İdmançılar sprint, qarışıq estafet, fərdi və vertikal növlər üzrə mübarizə aparacaqlar. Yarışda 18 ölkədən 120-dən çox idmançı iştirak edir.
Azərbaycan yarışda 5 idmançı 5 idmançı - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyevlə təmsil olunur. Abel İsmixanov və Nurid Şəkərəliyev U-18, Nəbiyulla Qələbəqiyev U-20, Nəzrin Qəribova və Abid Sultanov isə böyüklər kateqoriyasında mübarizə aparır. Hazırda 4 idmançı yarışa qoşulub, Anid Sultanov isə vertikal yarışda çıxış edəcək. Ümid edirik ki, idmançılarımız Avropa çempionatında uğurlu nəticələr göstərəcəklər", - deyə Günel Bədəlova bildirib. 
O qeyd edib ki, gələn il Azərbaycan xizək alpinizmi üzrə dünya çempionatına da ev sahibliyi edəcək. Bu fakt xizək alpinizminin ölkəmizdə sürətlə inkişaf etdiyini göstərməklə yanaşı, genişlənmiş və rəqabətədavamlı milli komandanın formalaşması üçün də möhkəm zəmin yaradır. 

218 oxunub

InvestAZ