XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AMADA 10 illiyi münasibətilə sosial layihəyə start verib
İdman 12:27 / 04.03.2026
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təsis olunmasının 10 illiyi münasibətilə "10ların təbəssümü” adlı sosial layihəyə start verib. 
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, layihənin məqsədi cəmiyyətin həssas qrupları ilə birbaşa ünsiyyət qurmaq, onlara mənəvi dəstək göstərmək və qurumun sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.
Layihə çərçivəsində AMADA əməkdaşları valideyn himayəsindən məhrum uşaqlar, xüsusi ehtiyacı olan şəxslər, şəhid və qazi ailələri, eləcə də aztəminatlı ailələrlə görüşlər keçirəcəklər. Təşəbbüs insanlara dəyər verildiyini hiss etdirmək, sosial həmrəylik mesajını çatdırmaq və mənəvi dəstəyi gücləndirmək məqsədi daşıyır.
Sosial layihə çərçivəsində ilk görüş Binə qəsəbəsində yerləşən "Ümid yeri” uşaq sığınacağında təşkil olunub. AMADA-nın kollektivi uşaqlarla birbaşa ünsiyyət qurub, onların gündəlik həyatı və istəkləri ilə maraqlanıb, hədiyyələr təqdim ediblər. Həmçinin əyləncəli və interaktiv fəaliyyətlər təşkil olunub. Görüş uşaqların sosial fəallığının artırılmasına və onların cəmiyyətə daha aktiv inteqrasiyasına töhfə vermək məqsədi daşıyıb.
"10ların təbəssümü” layihəsi il ərzində davam etdiriləcək, sosial dəstək tədbirləri digər həssas qrupları da əhatə edəcək. Layihə AMADA-nın missiyasına uyğun olaraq sosial rifahın və inklüziv cəmiyyət prinsiplərinin təşviqinə xidmət edir.

3088 oxunub

InvestAZ