XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026



Xizək alpinizmi üzrə Avropa çempionatının ikinci günü yekunlaşıb
İdman 16:34 / 05.03.2026

Martın 5-də "Şahdağ" Turizm Mərkəzində Xizək alpinizmi üzrə Avropa çempionatının ikinci gününə yekun vurulub. 

Olimpiyadunyasi.com xəbər verir ki, qarışıq estafet (mixed relay) növü üzrə yeniyetmə və yetkin kişi və qadınlar arasında yarışın nəticələri müəyyənləşib. 

Belə ki, yeniyetmə kişi və qadınlar arasında 1-ci yerdə Almaniya, 2-ci yerdə İspaniya, 3-cü yerdə isəRusiya təmsilçiləri qərarlaşıb. 

Yetkin kişi və qadınlar arasında keçirilən yarışda ilk pillədə İsveçrə, 2-ci pillədə İtaliya, 3-cü pillədə Almaniya idmançıları yer alıblar.

Azərbaycanı qarışıq estafet növündə Nəzrin Qəribova və Nəbiyulla Qələbəqiyev təmsil edib.

Martın 6-da idmançılar fərdi və vertikal növləri üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa Çempionatı Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Çempionatda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.


181 oxunub

InvestAZ