XƏBƏR LENTİ
29 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə “Türkmən atları” Dövlət Birliyi arasında memorandum imzalanıb
İdman 16:40 / 06.03.2026

Azərbaycan Atçılıq Federasiyası ilə Türkmənistanın "Türkmən atları” Dövlət Birliyi arasında atçılıq idmanı və atçılıq idmanı sənayesi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, memoranduma əsasən, tərəflər bu sahədə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, texniki və əsləhət dəstəyinin göstərilməsi, informasiya mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi və müxtəlif əməkdaşlıq formatlarında iştirak etmək niyyətlərini ifadə ediblər.

Eyni zamanda, bu sənədin imzalanması ilə mütəxəssislərin beynəlxalq sərgilərdə, dəyirmi masalarda və müxtəlif tədbirlərdə iştirakının təmin olunması, həmçinin onların hazırlanması və ixtisaslarının artırılması məqsədilə kurs, seminar və konfransların təşkili nəzərdə tutulub.

Bildirilib ki, memorandum Azərbaycan ilə Türkmənistan arasında atçılıq idmanı və atçılıq sənayesi sahəsində əməkdaşlığın inkişafına, bu sahənin beynəlxalq səviyyədə təşviqinə töhfə verəcək və imzalandığı tarixdən 5 il müddətində qüvvədə olacaq.


3630 oxunub

InvestAZ