XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Tanınmış güləşçilər Xırdalanda ustad dərsi keçib
İdman 14:18 / 10.03.2026
Tanınmış güləşçilərimiz Xırdalanda məktəblilərlə görüşüb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 11 saylı tam orta məktəbdə qonaq olan yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionatının mükafatçısı Rasul Çunayev və qadın güləşi üzrə U15 yığma komandanın məşqçisi, U23 Avropa çempionatının mükafatçısı Solmaz Adilova yeniyetmə və gənclərə qazandıqları uğurlar, bu nailiyyətlərə gedən yolda üzləşdikləri çətinliklər barədə fikirlərini bölüşərək, onlara öz tövsiyələrini çatdırıblar.
Onlar daha sonra müxtəlif fəndlərin icrasını nümayiş etdirib və xalça üzərində mübarizə zamanı diqqət edilməli məqamları izah edib.
Qeyd edək ki, belə görüşlərin və ustad dərslərinin keçirilməsində məqsəd gənc nəslin sağlam ruhda böyüməsinə dəstək vermək, motivasiyanı artırmaq, güləşlə bağlı maarifləndirməni gücləndirmək və bu sahədə keyfiyyətin yüksəldilməsidir.


3552 oxunub

InvestAZ