"Şahdağ" Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub.
Olimpiyadunyasi.com Azərbaycan Qış İdman Növlərinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günündə idmançılar vertikal növdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparıblar.
Vertikal növün nəticələrinə əsasən qızlar arasında U-18 kateqoriyası üzrə 1-ci yerə Anastasiya Pşenicnaya (Rusiya Federasiyas), 2-ci yerə Natalia Babrovska (Polşa), 3-cü yerə Rabia Bulut (Türkiyə) sahib olub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Matei Petre (Rumınya) ilk pillədə qərarlaşıb. Adam Hubak (Slovakia) və Alex Kulanga (Slovakiya) 2-ci və 3-cü yerləri bölüşüblür.
U-20 yaş kateqoriyasında Marina Anastasova (Bolqarıstan) ali kürsüdə 1-ci yerin qalibi olub. İkinci və üçüncü yerləri isə Türkiyə təmsilçiləri Gülnur Sağır və Sultan Evci Sueda qazanıb. Oğlanlar arasında Valter Silas (Almaniya) qızıl medala sahib olub. Marek Foltyen (Çex Respublikası) gümüş, Malte Lessing (İsveçrə) isə bürünc medal qazanıb.
U-23 yaşadək qızlar arasında Tib Dezeyn (İsveçrə) ilk pillədə qərarlaşıb. İrina Umnitsina (Fərdi Neytral İdmançı) və Darya Zinçenko (Fərdi Neytral İdmançı) 2-ci və 3-cü yerləri bölüşüblər. Oğlanlar arasında Julian Tritsher (Avstriya) 1-ci yerin, Silvano Volf (Avstriya) 2-ci yerin, Loik Dubois (İsveçrə) isə 3-cü yerin qalibi olub.
Böyüklər arasında qadınlar üzrə Sara Dreyer (Avstriya) qızıl medal, Culia Murada (İtaliya) gümüş medal, Caraline Ulrikh (İsveçrə) bürünc medalın sahibi olub, kişilər arasında isə Remi Bonet (İsveçrə) 1-ci yerdə, Gay Aurelien (İsveçrə) 2-ci yerdə, Christof Hochenvarter isə (Avstriya) 3-cü yerdə qərarlaşıb.
Yarışda milli komandanın üzvü Nurid Şəkərəliyev öz kateqoriyasında 5-ci yerə sahib olub.
Qeyd edək ki, Avropa çempionatı və Dünya Kuboku Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edib.
204 oxunub