XƏBƏR LENTİ
14 İyun 2025
13 İyun 2025
12 İyun 2025
11 İyun 2025
10 İyun 2025
05 İyun 2025
04 İyun 2025
03 İyun 2025
02 İyun 2025



Tennisçilərimiz beynəlxalq turnidə iştirak edirlər
İdman 11:44 / 13.06.2025

Albaniyanın paytaxtı Tiranada təşkil olunan "Davis Cup” tennis turnirinə start verilib.

Ölkəmizi bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir. Mübarizənin ilk günü idmançılarımız üçün uğurlu olub. Komandamız andorralı idmançılara qalib gəlib. Tamerlan Əzizov rəqibi Erik Servos Noqeri 6-1, 6-3 hesabilə məğlub edib. Kənan Qasımov da Damyen Jelaber ilə qarşılaşmadasevinən tərəf olub: 6-1, 6-0.
Tennisçilərimiz qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov - Kənan Qasımov cütü, Servos Noqer-Damyen Jelaber duetindən üstün olub: 6-2,6-4.


616 oxunub

InvestAZ