XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



"Biz Monte Karlo küçələrinin kralına hörmətlə yanaşırıq” - FOTO
İdman 18:22 / 22.05.2025

Formula 1 üzrə "Red Bull Rasinq" komandasının fransalı pilotu İsak Haccar Monako Qran Prisində xüsusi dəbilqə ilə çıxış edəcək.

O, üzərində braziliyalı üçqat dünya çempionu mərhum Ayrton Sennaya həsr olunmuş dəbilqə ilə yarışacaq. "Biz Monte Karlo küçələrinin kralına hörmətlə yanaşırıq”, - deyə İsak Haccar sosial şəbəkə hesabında paylaşdığı fotonun altından bu sözləri yazıb.

Məlumat üçün bildirək ki, ümumi sürücüləri sıralamasında fransalı pilot 14-cü yerdə qərarlaşıb. Siyahıya isə 146 xalla "McLaren pilotu" Oskar Piastri başçılıq edir. Onun komanda yoldaşı Lando Norris (133 xalı) ikinci, "Red Bull" təmsilçisi Maks Ferstappen (124) isə üçüncüdür.




3403 oxunub

InvestAZ