XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Yeniyetmə boksçularımız Serbiyada Avropa birinciliyində iştirak edəcəklər
İdman 16:35 / 08.07.2025
Azərbaycanın yeniyetmə boksçuları iyulun 10-da Serbiyanın Novi Pazar şəhərində start götürəcək Avropa birinciliyində mübarizə aparacaqlar.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə yarış 7 gün davam edəcək.

Oğlan boksçulardan ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov birincilikdə Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Məhəmməd Rəsulov (50 kq), Sadiq Musayev (52 kq), Raul Heydərli (54 kq), Əflatun İsmiyev (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Dəniz Zeynalov (66 kq), Adil Zalov (70 kq), Hüseyn Vahabov (75 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) şans verəcəklər.

Qız boksçulardan ibarət komandanın məşqçisi Anar Baxışov isə yarışda Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Zəhra Məmmədova (54 kq), Aynur İsmayılova (60 kq), Fidan Bəkarova (63 kq) və Səma Abbasovanı (66 kq) sınayacaq.

Avropa birinciliyində Anar Nağdıyev hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, komanda Serbiyaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında yollanıb.

12608 oxunub

InvestAZ