XƏBƏR LENTİ
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



MOK-da XVIII Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi təmsil edəcək komandamızla görüş olub - FOTO
İdman 12:56 / 08.07.2025
İyulun 8-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şimali Makedoniyada və Xorvatiyada təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək idmançılar və məşqçilərlə görüş olub.
Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, idmançılar, məşqçilər və federasiya nümayəndələri iştirak ediblər.
Skopye-2025 Avropa Gənclər Olimpiya Festivalı haqqında video təqdimatdan sonra komandanın missiya rəhbəri Vaqif Əliyev yarışa hazırlıq və "Təhlükəsiz İdman”a dair nümunəvi sənəd haqqında təqdimatla çıxış edib.
O, Şimali Makedoniyanın Skopye, Kumanovo və Xorvatiyanın Osiek şəhərlərində keçiriləcək yarış haqqında iştirakçıları məlumatlandırıb. Vaqif Əliyev əvvəlkilərdən fərqli olaraq, bu festivalın bir neçə yeniliklə yadda qalacağını bildirib. Qeyd edib ki, bu yeniliklərdən biri oyunların iki müxtəlif ölkədə və üç şəhərdə təşkil olunması, digəri isə proqramda yeni idman növlərinin - stolüstü tennis, atıcılıq və taekvondonun yer almasıdır.
O, həmçinin Olimpiya kəndi, nəqliyyat infrastrukturu, yarışların keçiriləcəyi məkanlar və təhlükəsiz idman məsələləri haqqında da iştirakçıları məlumatlandırıb.
AMADA-nın təhsil məsələləri üzrə meneceri Qüdrət Səfərov isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib.
EYOF-2025-in gənc səfiri Nərmin Kərimova isə festival zamanı əyləncəli və mədəni tədbirlər haqqında məlumat verib.
Qeyd edək ki, festivalda 50 ölkədən ümumilikdə 4 minə yaxın 13-18 yaşlı yeniyetmə idmançı iştirak edəcək. Azərbaycan komandası festivalda 10 idman növü - atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində 52 (28 kişi, 24 qadın) idmançı ilə təmsil olunacaq.
XVIII Avropa Gənclər Olimpiya Festivalının rəsmi açılış mərasimi iyulun 20-də, bağlanış mərasimi isə iyulun 26-da keçiriləcək.

330 oxunub

InvestAZ