XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Yeniyetmə cüdoçularımızdan uğurlu başlanğıc - FOTO
İdman 22:23 / 26.06.2025

İyunun 26-da Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.
41 ölkədən 421 (217 oğlan, 204 qız) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. Yığmamız yarışda yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərliyi altında
19 (10 oğlan, 9 qız) cüdoçu ilə təmsil olunur.
Birinciliyin ilk yarış günün komandamız üçün uğurlu olub. Belə ki, mübarizəyə başlayan 9 cüdoçumuzdan 6-sı çıxışını medalla tamamlayıb. Cüdoçularımızdan Anar Quliyev (-50 kq), Rəsul Əlizadə (-55 kq) və Zeyd Ələsgərov (-60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər. Cüdoçularımızın şərəfinə Skopyedə Azərbaycan himni səsləndirilib. Yalnız finalda məğlub olan Nərmin Ağamirzəzadə (-48 kq) isə gümüş medala sahib çıxıb. Gülşən Hüseynova (-44 kq) və Leyla Ələkbərova (-48 kq) isə qitə birinciliyinin bürünc medallarına layiq görülüb. Beləliklə, ilk yarış günündə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycan komandası ümumi medal sıralamasında liderliyə yüksəlib.
Qeyd edək ki, yeniyetmə cüdoçuların fərdi yarışlarına iyunun 28-də yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında güclərini sınayacaqlar.


14921 oxunub

InvestAZ