Barselona-1992 Yay Olimpiya Oyunlarının meksika əsilli çempionu Oskar de la Hoya tarixin ən böyük boksçusunun adını açıqlayıb. "Şəkər Rey Robinson tarixin ən böyük oyunçusudur! O, bütün çəki dərəcələrində məğlubedilməz olub. Güclü yumruq zərbələrinə və cəld ayaq hərəkətlərinə malik idi. Ay ərzində bir neçə dəfə döyüşür, dövrünün ən yaxşılarını yer sərirdi. O, sözün əsl mənasında möhtəşəm olub", - deyə "SecondsOut” portalı de la Hoyadan sitat gətirib.
Qeyd edək ki, 52 yaşlı Oskar de la Hoya 6 çəki dərəcəsində keçmiş dünya çempionu olub.
334 oxunub