Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan son dörd komandanın adına aydınlıq gələcək.
Günün ilk oyunu Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Qarabağ" klubu səfərdə 3:1 hesabı ilə məğlub etdiyi Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Günün digər qarşılaşmaları isə saat 23:00-da start götürəcək. Portuqaliyanın "Benfika" klubu Türkiyənin "Fənərbağça" komandasını qonaq edəcək. Bu komandaların İstanbuldakı dueli qolsuz heç-heçə ilə yekunlaşmışdı. Belçikanın "Brügge" komandası isə ilk oyunda səfərdə 3:1 hesabı ilə məğlu etdiyi Şotlandiya "Reyncers"ini qəbul edəcək. Danimarka təmsilçisi "Kopenhagen" isə doğma azarkeşlər önündə İsveçrə "Bazel" komandasını qonaq edəcək. Bu komandaların İsveçrədəki ilk oyunu 1:1 hesabı ilə yekunlaşmışdı.
Qeyd edək ki, ötən gün "Kayrat" (Qazaxıstan), "Pafos" (Kipr) və "Budyo/Qlimt" (Norveç) klubları Liqa mərhələsinə vəsiqə əldə edib.
376 oxunub