XƏBƏR LENTİ
28 Avqust 2025
27 Avqust 2025
26 Avqust 2025
25 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025



Çempionlar Liqası: Əsas mərhələyə vəsiqə qazanan ilk üç komanda müəyyənləşdi
İdman 08:35 / 27.08.2025

Futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazanan ilk komandaların adlarına aydınlıq gəlib.

Ötən gecə təşkil olunan pley-off mərhələsinin ilk cavab oyunlarından sonra Qazaxıstanın "Kayrat", Yunanıstanın "Pafos" və Norveçin"Budyo Qlimt" komandaları Liqa mərhələsinə alarını yazdırıb. Qazaxıstan təmsilçisi Şotlandiya "Seltik"ini penaltilər seriyasında (3:2) üstələyib. Bu komandalar arasında hər iki oyun qolsuz heç-heçə ilə yekunlaşmışdı. "Pafos" isə iki oyunun nəticəsinə görə (2:1, 1:1) Serbiya "Srvena Zvezda"sını üstələyib. "Budyo Qlimt" isə Norveçdə 5:0 hesablı qələbə qazandığı Avstriyanın"Şturm Qraz" klubuna səfərdə 2:1 məğlub olsa da iki oyunun nəticəsinə görə Liqa mərhələsinə yüksəlib.

Qeyd edək ki, pley-off mərhələsinin digər cavab oyunları bu gün keçiriləcək.


395 oxunub

InvestAZ