XƏBƏR LENTİ
28 Avqust 2025
27 Avqust 2025
26 Avqust 2025
25 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025



Azərbaycanlı pilot Davin Cəfərov beynəlxalq turnirin qalibi olub
İdman 12:17 / 27.08.2025

Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Palmela şəhərində keçirilən kartinq üzrə beynəlxalq "Easykart Portugal Trophy" turnirində qalib olub.

Davin uzunluğu 1270, eni 10 metr olan Beynəlxalq Kartodromo de Palmela trekində TaG Livre 125 kateqoriyası üzrə 140 xalla birinci olub.

Turnirdə Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Anqola və Cənubi Afrika Respublikasından olan pilotlar iştirak ediblər.

Qeyd edək ki, Davin oktyabrda İtaliyada keçiriləcək X30 kateqoriyasında "World Grand Final"da mübarizə aparacaq. O, qitə çempionatında "BirelAreti" komandasının tərkibində Portuqaliyanı təmsil edəcək.

Kartinqdə bir sıra beynəlxalq turnirlərdə qalib və mükafatçılar sırasında yer alan 15 yaşlı pilota artıq Almaniyada Formula 4-ə qatılmaq təklifi gəlib.


308 oxunub

InvestAZ