İtaliyalı jurnalist Nikolo Şira sosial şəbəkə hesabında qeyd edib ki, "Sevilya"nın fransalı müdafiəçisi Loik Bade Almaniyanın "Bayer" klubunun diqqətini cəlb edib. Leverkuzen klubu 25 yaşlı futbolçuya görə 30 milyon avro və bəzi bonuslar ödəməyə hazırdır. Futbolçuya "əczaçılar" tərəfindən 5 illik müqavilə təklif olunub.
Qeyd edək ki, ötən mövsüm Bade La Liqada 32 oyun keçirib.
203 oxunub