XƏBƏR LENTİ
19 Avqust 2025
18 Avqust 2025
17 Avqust 2025
15 Avqust 2025
14 Avqust 2025



Millimiz dünya çempionatına son hazırlıqları Qoridə keçəcək
İdman 12:42 / 18.08.2025
Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək. Yığmamız təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq.
Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev heyətə Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevi (+90 kq) cəlb ediblər. Komandamız Qoridə, əsasən, texniki-taktiki hazırlığa diqqət ayıracaq.
Toplanış avqustun 29-da yekunlaşacaq.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 4-14-də İngiltərənin Liverpul şəhərində keçiriləcək.

587 oxunub

InvestAZ