XƏBƏR LENTİ
16 Avqust 2025
15 Avqust 2025
14 Avqust 2025
13 Avqust 2025
12 Avqust 2025



Azərbaycan Dünya Oyunlarında növbəti medalını qazanıb
İdman 18:02 / 14.08.2025

Kikboksinq üzrə Azərbaycan millisinin üzvü Amin Quliyev Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında fəxri kürsüyə qalxıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, 63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gümüş medal qazanıb.

Qeyd edək ki, avqustun 17-dək davam edəcək Dünya Oyunlarında Azərbaycan 6 - akrobatika gimnastikası, aerobika gimnastikası, tamblinq, karate, uşu, kikboksinq idman növündə 14 idmançı ilə təmsil olunur. Hazırda Azərbaycan komandasının hesabında 4 gümüş medal var. Daha əvvəl İrina Zaretska (karate), Tofiq Əliyev (tamblinq gimnastikası), Daniyel Abbasov və Murad Rəfiyev (akrobatika üzrə duet) mükafatçılar sırasında yer alıblar.


715 oxunub

InvestAZ