XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Şahmat üzrə ölkə çempionatına start verilib
İdman 10:51 / 05.12.2025

Şahmatın rapid və blits növləri üzrə kişilər və qadınlar arasında ölkə çempionatına start verilib.

Yarış Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Çempionat "FİDE (Beynəlxalq Şahmat Federasiyası) Oyun Qaydalarına” əsasən İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir. Kişi və qadınlar arasında ölkə çempionatının ümumi mükafat fondu 10 min manat təşkil edir. Kişilərin yarışında 32, qadınlarda isə 20 şahmatçı mübarizə aparır. Azərbaycan çempionatının baş hakimi Lütfiyar Rüstəmovdur.

Qeyd edək ki, çempionatda ilk üç yeri tutacaq şahmatçılar AŞF tərəfindən dünya çempionatına ezam olunacaq.



6918 oxunub

InvestAZ