XƏBƏR LENTİ
16 Avqust 2025
15 Avqust 2025
14 Avqust 2025
13 Avqust 2025
12 Avqust 2025



Federasiya rəsmisi beynəlxalq oyuna təyinat alıb
İdman 13:07 / 15.08.2025

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə,M.Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.

O, avqustun 16-da İsveçrədə təşkil olunacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.


520 oxunub

InvestAZ