XƏBƏR LENTİ
16 Avqust 2025
15 Avqust 2025
14 Avqust 2025
13 Avqust 2025
12 Avqust 2025



Paracüdoçularımız Xaçmazda təlim-məşq toplanışında iştirak edəcəklər
İdman 18:18 / 14.08.2025

Paracüdo üzrə kişilərdən ibarət Azərbaycan millisi Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək.

Olimpiyadunyasi.com Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplanışda İlham Zəkiyev, İsmayıl Muradov, Saleh Sultanov, Mehman Hüseynov, Əbdülrəhman Rzazadə, Məhəmməd Ələkbərov, İlkin Nəsibov və Cavad Cavadov iştirak edəcəklər.

Milli komandaya təlim-məşq müddətində baş məşqçi İbrahim İbrahimov rəhbərlik edəcək.

Hazırlıq prosesi 15-29 avqust tarixlərində təşkil olunacaq.


704 oxunub

InvestAZ