XƏBƏR LENTİ
16 Avqust 2025
15 Avqust 2025
14 Avqust 2025
13 Avqust 2025
12 Avqust 2025



NBA klubunda yeniliklər baş verəcək
İdman 17:50 / 14.08.2025
"Los Anceles Leykers»in yeni sahibi Mark Valter NBA klubunda yeniliklər etməyə çalışır.
"Yenidənqurma işləri satışdan əvvəl başlayıb. "Leykers" analitika və tibb sahəsinə xüsusi əhəmiyyət verəcək. Lakin büdcə o qədər də böyük deyil. Əlavə xərclərin azmalması da mümkün variant kimi dəyərləndirilir", - Athletic portalının jurnalisti Dan Woike bildirib.
Qeyd edək ki, Uolter 2021-ci ildən "Leykers"in minoritar səhmdarı olub. Səhmlərin 27 faizini Todd Bouli ilə bölüşüb. Hazırda komandaya tam nəzarəti ələ keçirib və müqavilə 10 milyard dollar dəyərindədir.

703 oxunub

InvestAZ