Beşqat Olimpiya çempionu bürünc heykəlini gördü
İdman 19:23 / 18.08.2025
Sietldə dördqat WNBA çempionu Syu Birdin bürünc heykəlinin açılış mərasimi keçirilib. Mərasimdə 20 mövsümdən sonra karyerasını bitirən səbəbkarın özə də iştirak edib.
Qeyd edək ki, Syu Bird 2002-2022-ci illərdə «Seattle Storm»da oynayıb. O, qadın basketbolu tarixində ən çox mükafat alan idmançılardan biri hesab olunur. O, 13 dəfə Ulduzlar Oyununda iştirak edib. ABŞ milli komandasının tərkibində dördqat dünya çempionu və beşqat Olimpiya çempionu olub.
538 oxunub