Formula 1 üzrə keçmiş avstraliyalı pilot Daniel Rikkardo yarışlardan ayrıldıqdan sonra uzun müddətdir ki, medianın diqqətindən kənarda qalıb. Olimpiyadunyasi.com Motorsport Italiaya istinadən xəbər verir ki, idmançi asudə vaxtının daha çoxunu şərab istehsalına və geyim brendinə həsr etməyə başlayıb. "Bığ və saqqal saxlamışam. Sərbəstəm. Mənim istirahətə ehtiyacım var. Uzun müddət yüksək sürətlə çılğın həyat yaşadım. Kifayətdir. Sakit yaşamaq istəyirəm", - Rikkardonun sözlərini Motorsport Italia aparıcı Mellinlə müsahibəsindən sitat gətirib.
Qeyd edək ki, iyulun 1-də Rikkardonun 36 yaşı tamam olub.
564 oxunub