XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Yeniyetmə boksçularımız MDB Oyunlarına hazırlığı Çində davam etdirəcəklər
İdman 11:52 / 15.08.2025

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi ölkəmizdə keçiriləcək MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək.

Bu barədə  Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bakıda ilkin mərhələni başa vuran yığma növbəti təlim-məşq toplanışını Sincan-Uyğur Muxtar Rayonunda keçəcək.

Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədov Çində Əli Abaslı (48 kq), Ayxan Həsənov, Məhəmməd Rəsulov (hər ikisi 50 kq), Sadiq Musayev (52 kq), Tunar Mehdiyev, İbrahim Bədəlli (hər ikisi 54 kq), Raul Heydərli, Yusif Əliyev (hər ikisi 57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq) və Səftər Məmmədzadəni (+80 kq) yoxlayacaq.

Milli üzvləri burada yerli boksçularla hazırlıq keçəcək, sınaq döyüşlərinə çıxacaq.

Qeyd edək ki, bu gün səfərə yollanacaq komanda sentyabrın 1-də Bakıya qayıdacaq.


7791 oxunub

InvestAZ