Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz "Qarabağ” da bu gün ilk pley-off oyununa çıxacaq. Budapeştdəki "Groupama Arena"da keçiriləcək oyunda rəqib Macarıstanın "Ferensvaroş" komandası olacaq. Start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək oyunun baş hakimi portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru olacaq.
Bu komandalar arasında cavab oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. İki oyunun nəticəsinə görə qalib gələn komanda UEFA Çempionlar Liqasının, məğlub olan klub isə UEFA Avropa Liqasının Liqa mərhələsində yoluna davam edəcək.
Qeyd edək ki, "Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya” klubuna iki oyunun nəticəsinə görə -6:1 (0:1, 5:1) qalib gələrək pley-offa yüksəlib. "Ferensvaroş" isə ötən mərhələdə "Ludoqorets”ə (Bolqarıstan) iki oyunun nəticəsinə görə 3:0 (0:0, 3:0) qalib gəlib.
279 oxunub