2026-cı ildə Avstraliya Qran-Prisi üçün «McLaren»in 24 yaşlı Formula 1 pilotu Oskar Piastrinin şərəfinə yeni tribuna tikiləcək.
Melburndakı "Albert Park" trasının mətbuat xidmətinin məlumatına görə, məkan start-finişdə, pit-leynlə üzbəüz, "Xuan Manuel Fanxio" tribunasının yanında yerləşəcək.
"Oskar kartinq, F3, F2 və indi də F1-də karyerasının inanılmaz uğurlarını qazanıb. Bizə görə pilotumuzun ev Qran- Prisində xüsusi tribuna yaratmaqla onun motoridmandakı inanılmaz uğurlarını şərəfləndirməliyik", - Avstraliya Qran-Prisinin baş meneceri Travis Auld vurğulayıb.
302 oxunub