XƏBƏR LENTİ
23 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025
19 Avqust 2025
18 Avqust 2025



Avropa Liqası: Pley-off mərhələsinin ilk oyunları başa çatdı 
İdman 10:10 / 22.08.2025
Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Liqa mərhələsinə vəsiqə uğrunda 12 oyun təşkil olunub. Türkiyə təmsilçisi "Samsunspor" Yunanıstanda "Panatinaikos"un qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İsrailin "Makkabi Təl-Əviv" klubu isə doğma meydanda Kiyev "Dinamo"sunu 3:1 hesabı ilə məğlub edib.

Pley-off mərhələsinin cavab oyunları avqustun 28-də keçiriləcək.

Günün bütün oyunlarında qeydə alınmış nəticələri təqdim edirik:

"Midtyuland" (Danimarka) - "KuPS" (Finlandiya) - 4:0

"Brann" (Norveç) - "AEK Larnaka" (Kipr) - 2:1

"Malmö FF" (İsveç) - "Siqma Olomous" (Çexiya) - 3:0

"Makkabi Təl-Əviv" (İsrail) - "Dinamo Kiyev" (Ukrayna) - 3:1

"Panatinaikos" (Yunanıstan) - "Samsunspor" (Türkiyə) - 2:1

"Şkendiya" (Şimali Makedoniya) - "Ludoqorets" (Bolqarıstan) - 2:1

"Zrinjski" (Bosniya və Hersoqovina) - "Utrex" (Niderland) - 0:2

"Slovan Bratislava" (Slovakiya) - "Yanq Boyz" (İsveçrə) - 0:1

"Lex Poznan" (Polşa) - "Genk" (Belçika- 1:5

"Aberdin" (Şotlandiya) - FKSB (Rumıniya) - 2:2

"Riyeka" (Xorvatiya) - PAOK (Yunanıstan) - 1:0

"Linkoln Red Imps" (Cəbəllütariq) - "Braqa" (Portuqaliya) - 0:4.

397 oxunub

InvestAZ