XƏBƏR LENTİ
23 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025
19 Avqust 2025
18 Avqust 2025



Konfrans Liqasında pley-off mərhələsində ilk oyunlar keçirilib
İdman 10:34 / 22.08.2025
Ötən gecə futbol üzrə UEFA Konfrans Liqasında da pley-off mərhələsində də ilk oyunlara yekun vuruldu.

Mərhələ çərçivəsində 24 oyun baş tutub. Türkiyənin iki təmsçisi "Beşiktaş" və "Başakşəhər" də Liqa mərhələsinə vəsiqə uğrunda mübarizə aparıb. "Qara qartallar" İsveçrədə "Lozanna"nın qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. İstanbul təmsilçisi "Başakşehir" isə Rumıniyanın "Universitatya Krayova" klubuna 1:2 hesabı ilə məğlub olub. Azərbaycan azarkeşləri üçün tanış olan "Rosenburq" klubu isə doğma meydanda "Maynts"ı 2:1 hesabı ilə məğlub edib. İtaliya təmsilçisi "Fiorentina" isə səfərdə "Polissya"ya 3:0 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab oyunları bir həftə sonra keçiriləcək.

Konfrans Liqasının pley-off mərhələsində qeydə alınmış nəticələri təqdim edirik:

"Rosenborq" (Norveç) - "Maynts" (Almaniya) - 2:1

"Hekken" (İsveç) - "Kluj"(Rumıniya) - 7:2

"Qyor" (Macarıstan) - "Rapid" (Avstriya) - 2:1

Hamrun" (Malta) - RFŞ (Latviya) - 1:0

"Volfsberq" (Avstriya) - "Omoniya" (Kipr) 2:1

"Başakşehir" (Türkiyə) - "Universitatya Krayova" (Rumıniya) - 1:2

"Anderlext" (Belçika) - "AEK Afina" (Yunanıstan) - 1:1

"Breydablik" (İslandiya) - "Virtus" (San Marino) - 2:1

"Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq) - 2:1

"Levksi" (Bolqarıstan) - "AZ Alkmaar" (Niderland) - 0:2

Selye" (Sloveniya) - "Ostrava" (Çexiya) - 1:0

"Neman" (Belarus) - "Rayo Vallekano" (İspaniya) - 0:1

"Olimpiya Lyublyana" (Sloveniya) - "Noa" (Ermənistan) - 1:4

"Polissya" (Ukrayna) - "Fiorentina" - 0:3

"Şaxtyor Donetsk" (Ukrayna) - "Servett" (İsveçrə) - 1:1

"Sparta Praqa" (Çexiya) - "Riqa" (Latviya) - 2:0

"Strasburq" (Fransa) - "Bröndbü" (Danimarka) - 0:0

"Yagelloniya" (Polşa) - "Dinamo Tirana" (Albaniya) - 3:0

"Lozanna" (İsveçrə) - "Beşiktaş" (Türkiyə) - 1:1

"Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) - 3:1

"Kristal Pelas" (İngiltərə) - "Fredrikstad" (Norveç) - 1:0

"Hibernian" (Şotlandiya) - "Legiya" (Polşa) - 1:2

"Rakuv" (Polşa) - "Arda" (Bolqarıstan) - 1:0

"Santa Klara" (Portuqaliya) - "Şemrok Rovers"(İrlandiya) - 1:2.

319 oxunub

InvestAZ