XƏBƏR LENTİ
28 Avqust 2025
27 Avqust 2025
26 Avqust 2025
25 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025



Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilir
İdman 16:08 / 27.08.2025
Bu gün futbol üzrə UEFA Avropa Liqasında da Liqa mərhələsinə vəsiqə qazanan ilk komandanın adına aydınlıq gələcək.

Olimpnews.az xəbər verir ki, günün yeganə matçında Kiprin "AEK Larnaka" klubu Norveçin "Brann" klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:30-da başlayacaq qarşılaşmanı niderlandlı Danni Makkelie idarə edəcək.

Xatırladaq ki, komandaların ilk oyunu Norveç təmsilçisinin 2:1 hesablı qələbəsi yekunlaşmışdı.

362 oxunub

InvestAZ