XƏBƏR LENTİ
28 Avqust 2025
27 Avqust 2025
26 Avqust 2025
25 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025



Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq
İdman 12:59 / 27.08.2025
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparacaq. Yarışlar kişi və qadın idmançılar arasında üç yaş kateqoriyası üzrə keçiriləcək: 16 yaşadək yeniyetmələr (30 metr məsafə), 16–18 yaşlı gənclər (60 metr məsafə) və böyüklər (70 metr məsafə).

Üç gün davam edəcək çempionata avqustun 28-də saat 10:00-da Bayıl Stadionunda (ASKO Arena, Səbail rayonu) məşq sessiyaları ilə başlanılacaq. Avqustun 29-da sıralama atışları keçiriləcək. Turnirə 30 avqust tarixində 1/4 final mərhələsindən finaladək davam edəcək yarışlarla yekun vurulacaq. Günün sonunda qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, turnir 28–30 avqust tarixlərində keçiriləcək.

409 oxunub

InvestAZ