Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında dünya çempionatına start verilib.
71 ölkədən 551 (294 oğlan, 257 qız) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. İlk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz mübarizəyə başlayıb. Qızların yarışında -44 kq çəki dərəcəsində Gülşən Hüseynova və Xədicə Abdullayeva tatami üzərinə çıxıb. Oğlanların yarışında isə Rza Xəlilli, Anar Quliyev (hər ikisi -50 kq), Rəsul Əlizadə və Məhəmmədəli Hüsiyev (-55 kq) qüvvəsini sınayacaq.-44 kq çəki dərəcəsində qüvvəsini sınayan Xədicə Abdullayeva çempionata uğurla başlayıb. O, 1/16 finalda Aynara Seitjanova (Qazaxıstan) qalib gəlib. Digər təmsilçilərimizdən Rza Xəlilli 1/16 finalda bolqarıstanlı Tsvetelin Martinova məğlub olub. Rəsul Əlizadə isə eyni mərhələdə Badar-Uqan Badamdorjla (Monqolustan) uduzub.
Qeyd edək ki, Anar Quliyev ilk mərhələdə Narek Davtyan (Ermənistan) və Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə üz-üzə gələcək. Məhəmmədəli Hüsiyev isə 1/16 finalda braziliyalı Viktor Uqo Silva ilə qarşılaşacaq. Xanım cüdoçumuz Gülşən Hüseynova isə 1/16 finalda Yana Pritulyakla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatında fərdi yarışlara avqustun 30-da ykun vurulacaq. Ertəsi gün isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.
345 oxunub