XƏBƏR LENTİ
28 Avqust 2025
27 Avqust 2025
26 Avqust 2025
25 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025



"Qarabağ" üçün tarixi oyun - təmsilçimiz ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinin astanasında
İdman 11:48 / 27.08.2025

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin daha dördcavab oyununu keçirəcək.

Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçisi "Qarabağ" da əsas mərhələyə vəsiqə uğrunda meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda Macarıstanın "Ferentsvaroş" klubunu qonaq edəcək. Bu komandaların Macarıstandakı ilk qarşılaşması təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Əgər Ağdam klubu bu oyunda da sərfəli nəticə əldə edərsə tarixində ikiinci dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparmaq hüququ qazanacaq.

Bakı vaxtı iləsaat 20:45-də start götürəcək oyunun baş hakimifransalı Kleman Türpen olacaq.

Xatırladaq ki,"Qarabağ" klubu 2017/2018-ci illər mövsümündə də Çempionlar Liqasının qrup mərhələsində iştirak etmişdi.


396 oxunub

InvestAZ