"Tottenhem" üçüncü dəfə UEFA Avropa Liqasının qalibi oldu
İdman 01:57 / 22.05.2025
İngiltərənin "Tottenhem” klubu futbol üzrə UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi olub.
Olimpnews.az xəbər verir ki, "mahmızlar” İspaniyanın Bilbao şəhərindəki "San Mames” stadionunda keçirilən həlledici qarşılaşmada digər İngiltərə təmsilçisi "Mançester Yunayted” üzərində minimal hesablı qələbə qazanıb -1:0. Matçda vurulan yeganə qolun müəllifi 42-ci dəqiqədə fərqlənən Brennan Conson olub. Bununla da "Tottenhem” klubu 17 illik kubok həsrətinə son qoyaraq üçüncü dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb.
Angelos Postekoğlunun komandası sonuncu dəfə 2008-ci ildə İngiltərə Liqa Kubokuna sahib olmuşdu.
"Tottenhem" bu çempionluqla həmçinin, növbəti mövsümdə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirakını təmin edib. Londonlular eyni zamanda qələbə sayəsində UEFA Super Kubokunda iştirak hüququ da qazanıblar.
357 oxunub