Birgə təlim-məşq toplanışları və yarışlara hazırlıqla bağlı memorandum imzalanıb
Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Bahadır Calolov adına İxtisaslaşmış Boks Akademiyası arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, memorandumu Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov və Akademiyanın direktoru Akbar Urazbayev imzalayıblar.
Əməkdaşlıqda tərəflər arasında təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları və yarışlara hazırlıq nəzərdə tutulub.
83 oxunub