İtaliyada Formula 1 üzrə Emiliya-Romano Qran Prisində qaliblər müəyyənləşib.
"Red Bull"un niderlandlı pilotu Mark Ferstappen növbəti dəfə bütün rəqiblərini qabaqlayaraq, bu mərhələni qələbə ilə başa vurub. Bu onun ümumilikdə 65-ci qalibiyyəti kimi yadda qalıb. "Red Bull" pilotu sonuncu dəfə Yaponiyada aprel ayında eyni nəticəni göstərmişdi. "Entzo və Dino Ferrari" avtodromunda keçirilən yürüşdə "McLaren"dən Lando Norris ikinci yerlə kifayətlənib. İtaliya sınağından əvvəl Bəhreyn (Sahir), Səudiyyə Ərəbistanı (Ciddə) və ABŞ (Mayami) mərhələlərində fərqlənən "McLaren" pilotu Oskar Piastri üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti yarış mayın 25-də Monakodo keçiriləcək.