Əlibala Ələsgərovun adı Lənkəranda yaxşı idmançı kimi yaxşı tanışdır. Onun idmanda qazandığı uğurlar çoxdur.
Ömrünün 75-ci ilini yaşayan Əlibala müəllim Lənkəran 113 saylı Peşə Məktəbinin Rəsm və Foto dərnəyinin rəhbəri, Lənkəran N.Nərimanov adına Balıq Kombinatında istehsalat gimnastikası üzrə təlimatçı-metodist, Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinin məşqçisi, Lənkəran şəhər 4 nömrəli orta məktəbin bədən tərbiyəsi müəllimi, Lənkəran şəhər Mərkəzi Stadionunun direktoru, Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin direktoru, Lənkəran Dövlət Universitetinin bədən tərbiyəsi müəllimi işləyib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə tərəfindən Bədən tərbiyəsi və idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə və 75 illik yubileyi münasibətilə Əlibala Ələsgərov fəxri fərmanla təltif olunub. Təltif etmə mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, İdarənin nəzdində Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin kollektivi, Cənub Regional Futbol Federasiyasının kollektivi iştirak edib.