XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib
İdman 11:17 / 12.05.2025
Mayın 11-də Avropa Oyunları Parkında dövlət qurumları arasında 3x3 basketbol yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışda müxtəlif dövlət qurumları iştirak edib.
Qadınlar arasında keçirilən yarışın qalibi Gənclər və İdman Nazirliyi olub. İkinci yeri AZAL, üçüncü yeri isə SOCAR komandası tutublar. Kişilər arasında isə yarışın çempionu Fövqəladə Hallar Nazirliyi olub. Gənclər və İdman Nazirliyi ikinci, SOCAR isə üçüncü yerə layiq görülüblər.

3471 oxunub

InvestAZ