XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Klublararası dünya çempionatı: "Çelsi" pley-offa vəsiqə qazandı
İdman 09:20 / 25.06.2025
Futbol üzrə Klublararası dünya çempionatında D qrupunda sonuncu -üçüncü turun oyunlarına start verilib.
Klub İngiltərənin "Çelsi” klubu Tunisin "Esperans" klubu ilə qarşılaşıb. Oyun "zadəganlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. London təmsilçisinin qollarını Tosin Adarabioyo (45+3), Liam Delap (45+5) və Tyriqe George (90+7) vurub.
"Çelsi" qələbə sayəsində xalların sayını 6-ya çatdırıb. Bununla Enzo Marsekanın komandası qrup ikincisi kimi 1/8 finala yüksəlib.
Tunis təmsilçisi isə qrupu üç xalla üçüncü pillədə başa vurub.


2153 oxunub

InvestAZ