XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



"Barselona” “Kamp Nou”ya qayıdır
İdman 15:59 / 25.06.2025

"Barselona” avqustun 10-da doğma stadionu "Kamp Nou”ya qayıdacaq. Kataloniya "Barselona”sının rəsmi saytının məlumatına görə, həmin gün orada ənənəvi mövsümöncəsi turnirin "Joan Qamper Trophy” matçı keçiriləcək. Qayıdışın stadionun müxtəlif sahələrində davam edən tikinti işləri zamanı baş verəcəyi qeyd edilir. Buna qədər ustalar hələ də yeni üçüncü pilləni bitirməli, damı quraşdırmalı, həmçinin interyerdə müxtəlif xırda toxunuşlar etməlidirlər.

Xatırladaq ki, "Barselona” 2022-ci ildən etibarən ev oyunlarını Lluis Kompans adına Olimpiya Stadionunda keçirir.


12436 oxunub

InvestAZ