XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



"İnter Mayami" və "Palmeyras" da növbəti mərhələyə vəsiqə qazandılar
İdman 08:30 / 24.06.2025
ABŞ-da keçirilən futbol üzrə Klublararası dünya çempionatı davam edir.
A qrupunun üçüncü turu çərçivəsində Braziliyanın "Palmeyras” klubu "İnter Mayami” ilə üz-üzə gəlib. Qarşılıqlı qolların vurulduğu oyunda qalib müəyyənləşməyib -2:2. Oyunda hesabı 16-cı dəqiqədə "İnter Mayami”nin futbolçusu Tadeo Alende açıb. Qarşılaşmanın ikinci hissəsində isə Luis Suares ev sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Lakin ABŞ təmsilçisi üstünlüyünü sona qədər qoruya bilməyib. Poulinyo və Maurisiyo müvafiq olaraq 80 və 88-ci dəqiqələrdə fərqlənməklə "Palmeyras”ı məğlubiyyətdən xilas ediblər.
Beləliklə, hər iki komanda turnirdə ikinci heç-heçəsini edərək 5 xalla pley-offa vəsiqə qazanıb. Qol fərqlərinə görə "sambaçılar” birinci, ABŞ təmsilçisi isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə adlayıb.
1/8 finalda "İnter Mayami" PSJ komandası ilə qarşılaşacaq. "Palmeyras" isə digər Braziliya klubu "Botafoqo" ilə qarşılaşacaq.

2572 oxunub

InvestAZ