XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Qılıncoynadanlar üçün üçün maarifləndirmə seminarı təşkil edilib 
İdman 16:08 / 19.06.2025

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qılıncoynatma üzrə milli komandanın gənc üzvləri üçün maarifləndirmə seminarı keçirib.

Bu barədə AMADA-nın mətbuat xidmətindən məlumat verilib. İdmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı, məkan haqqında və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verilib.

İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar gənc idmançıların həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişafına töhfə verməklə yanaşı, idmanda ədalət prinsiplərinin möhkəmləndirilməsi məqsədi daşıyıb. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi vurğulanıb, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlar diqqətə çatdırılıb.



14226 oxunub

InvestAZ