Bolqarıstanın paytaxtı Sofiyada kamandan oxatma üzrəgənclər arasında Avropa kuboku yarışı keçirilir.
Olimpnews.az xəbər verir ki, 18 ölkədən 204 idmançının iştirak etdiyi yarışda Azərbaycan komandası8 idmançı ilə təmsil olunur. Mayın 17-dək davam edəcək yarışda komandamızın heyətindəFatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev və İslam İsmayılov yer alıb.