XƏBƏR LENTİ
12 May 2025
11 May 2025
10 May 2025
09 May 2025



Güləş millilərimiz bölgələrdə toplanış keçəcəklər
İdman 17:40 / 12.05.2025

Azərbaycanın güləş milliləri bölgələrdə təlim-məşq toplanış keçəcəklər.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif yaş qrupları üzrə yığmaların qarşıdan gələn mühüm yarışlara hazırlığı intensiv formada davam edir.

Daha əvvəldən məlum olduğu kimi, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli Vladiqafqazda təlim-məşq toplanışı keçir.

U-20 millisi isə Antalyada keçirilən "Çempionlar” turnirində çıxışını başa vurduqdan sonra fasilə vermədən növbəti hazırlıq prosesinə start verib. Belə ki, komandamayın 11-dən 24-dək Qax Olimpiya İdman Kompleksində toplanış keçəcək. Növbəti toplanış isə mayın 27-dən iyunun 9-dək isə Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.

Eyni yaş qrupu üzrəsərbəst güləşçilər də Qaxa yollanacaqlar. Ancaq bu növ üzrə U-20 millisininbölgə toplanışı mayın 28-dən iyunun 11-dək olan müddəti əhatə edir. Buna qədər məşqlər Bakıda keçiriləcək.

Böyüklərdən ibarət sərbəst güləş yığmasımayın 14-də Quba Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. İki həftə davam edəcək hazırlıq prosesində Türkiyə millisi də iştirak edəcək.

Qadın güləşçiləriki qrupa bölünüb. U-20 və böyüklərdən ibarət heyət Quba Olimpiya İdman Kompleksində, U-15 və U-17 milliləriAbşeron Olimpiya İdman Kompleksində məskunlaşıb. Hər iki toplanış mayın 11-dən 24-dək davam edəcək.

Sərbəst güləş üzrə U-17 millimizmayın 7-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Özbəkistanın müvafiq komandası ilə birgə keçirilən hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.


193 oxunub

InvestAZ