XƏBƏR LENTİ
12 May 2025
11 May 2025
10 May 2025
09 May 2025



Misli Premyer Liqasında XXXIV tura yekun vurulur
İdman 08:09 / 11.05.2025
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIVturun oyunlarına yekun vurulacaq.
Turun son oyun günündə daha iki qarşılaşma təşkil olunacaq.
Günün ilk qarşılaşması Tovuzda baş tutacaq. "Kəpəz” komandası "Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 18:00-da səslənəcək.
"Sumqayıt” komandası 33 turdan sonra 30 xalla səkkizinci, bir xal geri qalan Gəncə təmsilçisi isə doqquzuncudur.
Günün və turun son qarşılaşmasında çempionluğu təmin edən "Qarabağ” və bürünc medallar uğrunda mübarizə aparan "Araz-Naxçıvan” komandaları üz-üzə gələcək.
"Azərsun Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ” 33 turdan sonra 80 xalla birinci, Naxçıvan təmsilçisi isə 55 xalla üçüncüdür.

385 oxunub

InvestAZ