XƏBƏR LENTİ
25 Dekabr 2025
24 Dekabr 2025
23 Dekabr 2025
22 Dekabr 2025
20 Dekabr 2025
19 Dekabr 2025



"Milan"dan unikal addım - futbolçular oyuna...
İdman 16:36 / 09.05.2025
Bu gün İtaliyanın "Milan" klubu A Seriasının 35-ci turu çərçivəsində "Bolonya" kollektivini qəbul edəcək. 
"Olimpiyadunyasi.com" klubun saytına istinadla xəbər verir ki, "rossoneri"lər bugünkü qarşılaşmaya analar günü şərəfinə öz ad-soyadları ilə deyil, analarının adları və ya soyadları yazılan formalarla çıxacaqlar. 
Keçən mövsüm başlanan bu unikal ənənə ilə "Milan” İtaliya futbolunda bir ilkə imza atmışdı. Bu il də davam etdirilən təşəbbüs zamanı ana soyadları təkcə formanı deyil, eyni zamanda oyundan əvvəlki rəsmi heyət elanında, stadion ekranlarında və səsləndirmələrdə də yer alacaq. 
Qeyd edək ki, "San Siro" stadionunda keçiriləcək "Milan" - "Bolonya" oyunun start fiti saat 22:45-də səslənəcək. 


12471 oxunub

InvestAZ