XƏBƏR LENTİ
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Cüdoçularımız "Böyük Dəbilqə" turnirində çıxışını başa vurdular
İdman 13:04 / 09.05.2025
Bu gün Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.  
Yarışın ilk günündə Azərbaycan komandasının üç çəki dərəcəsində üç qadın idmançısı tatami üzərinə çıxıb. Təəssüf ki, təmsilçilərimiz mübarizəni erkən dayandıraraq yarışla vidalaşıblar. Cüdoçularımızdan Könül Əliyeva (-48 kq) 1/16 finalda Kyonxa Liyə (Cənubi Koreya) qalib gəlsə də növbəti görüşdə Sabina Giliazova (İJF) məğlub olub. 
Millimizin digər üzvü Gültac Məmmədəliyeva (-52 kq) isə elə debütdə - 1/16 finalda fransalı Lea Beresə məğlub olub. 
Yığmamızın sonuncu üzvü, gənclər arasında Avropa çempionu Fidan Əlizadə (-57 kq) isə ilk mərhələdə  türkmənistanlı Medine Orazniyazovaya qalib gəlsə də 1/8 finalda yaponiyalı Momo Tamokiyə məğlub olaraq turnirlə vidalaşıb. 
Beləliklə, turnirində üç idmançı ilə təmsil olunan Azərbaycan komandası "Böyük Dəbilqə" turnirində çıxışını başa vurub.  
Qeyd edək ki, mayın 11-dək davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) mübarizə aparır. 

15096 oxunub

InvestAZ