XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Əfsanəvi Cordana çatmaq mümkündür?
İdman 21:10 / 10.05.2025
"Cleveland Cavaliers"in basketbolçusu Donovan Mitçel "İndiana Pacers”lə ikinci raund pley-off seriyasının üç oyununda orta hesabla 41,3 xal, 6,3 ribaund və 6 məhsuldar ötürmə müəllifi olub.
"Olimpiyadunyasi.com” "Polymarket Hoops” portalına istinadla xəbər verir ki, Donovan NBA tarixində NBA pley-off seriyasında hər oyun üçün orta hesabla 40+ xal toplayan beşinci oyunçu olub. Bu nəticə ilə o, basketbol əfsanəsi Maykl Cordana çatıb.
Xatırladaq ki, "Klivlend” və "İndiana” arasında keçirilən üç oyundan sonra "Pacers” seriyada (2:1) irəlidədir. Seriya dörd qələbəyə qədər davam edəcək.

163 oxunub

InvestAZ