XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026



Misli Premyer Liqasını tərk edəcək komanda müəyyənləşdi
İdman 20:10 / 10.05.2025
"Səbail” klubunun Misli Premyer Liqası ilə vidalaşacağı artıq rəsmi olaraq dəqiqləşib.
"Olimpiyadunyasi.com” xəbər verir ki, "dənizçilər”in elitanı tərk edəcəyi XXXIV tur çərçivəsində "Zirə”yə 1:0 hesablı məğlubiyyətindən sonra müəyyənləşib. "ASCO Arena”da keçirilən oyunda qəsəbə təmsilçisi 90+1-ci dəqiqədə Davit Volkovun qolu ilə ardıcıl beşinci qələbəsini qazanıb. Bu məğlubiyyətdən sonra 22 xalla sonuncu pillədə qərarlaşan "Səbail” ən yaxın izləyicisindən 7 xal geri düşüb. Bununla da "bakılılar” növbəti mövsümdə 1-ci Liqada mübarizə aparacaq.
Premyer Liqanın gümüş medallarını təmin edən "Zirə” klubunun aktivində isə 34 turdan sonra 70 xalı var.

19011 oxunub

InvestAZ